Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:51

-

Kənd təsərrüfatı və iqtisadiyyat nazirlikləri martın 12-dən 20-dək Novruz bayramı ilə əlaqədar Bakıda satış yarmarkaları təşkil edəcək. Yarmarkaların Sumqayıt və Xırdalan şəhərlərində də təşkili planlaşdırılır.

Kənd Təsərrüfatı Nazirliyi xəbər verir ki, yarmarkaların keçirilməsi üçün gərəkli tədbirlər görülüb. Mütəxəssislərindən ibarət işçi qruplar, laboratoriyalar yaradılıb.

İşçi qruplar yarmarkalarda məhsulların keyfiyyətinə, istehlak üçün yararlılığına, qiymətlərin tənzimlənməsinə nəzarət edəcək.

Yarmarkalar Bakının Xətai, Nərimanov, Səbail, Suraxanı və Binəqədi rayonlarında təşkil olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG