Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:41

-

Yaxın gələcəkdə Ağsu aşırımındakı iki hərəkət zolağından ibarət yol genişləndiriləcək. Avtomobil yolu üç hərəkət zolağından ibarət olacaq. Bundan ötrü hökumətin layihəni təsdiqləməsi lazımdır.

«Azəryolservis» Açıq Səhmdar Cəmiyyətin mətbuat katibi Anar Nəcəfli APA-ya belə deyib.

A.Nəcəfli bildirib ki, layihə tam reallaşandan sonra Ağsu dolaylarında iritonnajlı yük maşınlarının hərəkəti də tam təmin olunacaq: «Şamaxının Şərədil kəndinə qədər yol çəkilib. Şərədil kəndindən sonra Ağsu dolayları başlayır. Oradan başlayaraq dolayların yenidən qurulması nəzərdə tutulub».

A.Nəcəfli deyib ki, layihədə tək yolun çəkilişi deyil, sürüşmə ilə bağlı məsələlər də nəzərə alınacaq. Aktiv sürüşmənin olduğu ərazilərdə qabaqlayıcı tədbirlər görüləcək. Hazırda sürüşmə baş vermiş Şərədil kəndində bunun qarşısının alınması üçün svaylar vurulur, müvafiq tədbirlər görülür. Ağsu aşırımının genişləndirilməsi zamanı da qabaqlayıcı tədbirlər həyata keçiriləcək.

«Azəryolservis» sözçüsü həmçinin, Ağsu aşırımına alternativ yolun çəkilməsinin iqtisadi əsaslandırılmasının araşdırıldığını da qeyd edib.

Fevralda Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Ağsu aşırımına yaxın ərazisində sürüşmə baş verib. Aşırımda yük maşınlarının hərəkəti qadağan olunub. Bu yol ölkənin qərb hissəsinə aparan əsas yollardan biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG