Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:18

Mogherini hüquq müdafiəçiləri ilə görüşüb


Federica Mogherini
Federica Mogherini

-

Bakıda səfərdə olan Avropa Birliyinin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federica Mogherini bir qrup hüquq müdafiəçisi və QHT rəhbərləri ilə görüşüb.

Bu haqda məlumatı AzadlıqRadiosuna görüş iştirakçılarından biri verib.

Görüş iki saata yaxın davam edib. Ölkədə insan haqları, neftin qiymətinin düşməsindən sonra yaranan iqtisadi durum və Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi müzakirə edilib.

Federica Mogherini fevralın 29-dan Bakıda səfərdədir. O, Bakıda keçirilən «Cənub Qaz Dəhlizi» çərçivəsində Məşvərət Şurasının toplantısında iştirak edib və prezident İlham Əliyevlə görüşüb.
Xanım Federica Mogherini dünənki açıqlamalarında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün əhəmiyyətindən danışmışdı.

XS
SM
MD
LG