Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:54

-

Şiə döyüşçüləri və ABŞ hava qüvvələrinin dəstəklədiyi İraq hökumət qüvvələri martın 1-də Bağdadın şimalında İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qarşı hücuma başlayıb.

İraq rəsmiləri bildirir ki, əməliyyatın məqsədi İŞİD-in təchizat xəttini kəsmək, silahlı qruplaşmanın nəzarətində olan Mosul şəhəri ətrafına hakimiyyətin nəzarətini gücləndirməkdir.

İraqın ABŞ-ın dəstəyilə Mosulu gerialma əməliyyatı bu ilin sonuna gözlənir. Mosul 2014-cü ildən İŞİD-in nəzarətindədir.

ABŞ-ın Müdafiə naziri Ashton Carter fevralın 29-da deyib ki, Birləşmiş Ştatlar, İraq qüvvələrinin Mosul əməliyyatına Ramadinin alınmasında olduğundan daha artıq dəstək göstərəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG