Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:13

Neftçi ailələri axtarışlardan narazıdırlar


İtkin neftçilərin ailələri axtarışdan narazıdırlar
İtkin neftçilərin ailələri axtarışdan narazıdırlar

-

İtkin düşən neftçi ailələrini nazir Kəmaləddin Heydərov yox, onun müavini qəbul edib. Bunu AzadlıqRadiosuna qəbula düşənlərdən Esmira Əhmədova deyib: «Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev ilə görüşdük. O bizə itkin neftçilərinin axtarıldığını və bu prosesin davam edəcəyini bildirdi».

Esmira Əhmədovun deməsinə görə, bu yaxınlarda FHN-nin məsul şəxslərindən birinin itkin neftçilərin axtarışlarının dayandırılması haqda açıqlaması onların narahatlığına səbəb olub.

+++

«Günəşli» yatağındakı 10 saylı platformada baş verən yanğında itkin düşən neftçilərin ailələri martın 1-də Fövqəladə Hallar Nazirliyinin qarşısına toplaşıblar.

Neftçi ailələrinin məqsədi nazir Kəmaləddin Heydərovla görüşmək olub.

Neftçi ailələrinin üzvləri itkin düşənlərin axtarışlarının intensiv aparılmamasından narazıdırlar. Nazir Kamaləddin Heydərovla görüşüb bunu onun diqqətinə çatdırmaq istəyirlər. Hazırda onlar nazirlikdə qəbuldadırlar.

2015-ci il dekabrın 4-də «Günəşli» yatağındakı 10 saylı platformada yanğın baş verib. Həmin zaman platformada olan 64 neftçidən 34 nəfəri xilas edilib. 7 nəfərin meyiti dərhal tapılıb, daha sonra 6 cəsəd aşkar edilib.

Narazı ailələr fevralın 11-də də Prezident Administrasiyasının qarşısına toplaşmışdılar.

Narazı neftçi ailələri qapı-qapı dövlət qurumlarını gəzirlər
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

XS
SM
MD
LG