Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:59

«Zika»nın əsəb sindromu ilə əlaqəsi


Virus «Aedes aegypti» növündən olan ağcaqanadlar tərəfindən yayılır.
Virus «Aedes aegypti» növündən olan ağcaqanadlar tərəfindən yayılır.

-

Fransa alimləri «Zika» virusuyla Giyena-Barre əsəb sindromu arasında əlaqəni sübuta yetirdiklərini bildirirlər.

Bu nadir sindrom bədənin immun sistemini əsəb hücumlarına məruz qoyur, müvəqqəti iflic yaradır, 5 faizi ölümlə nəticələnir. Bu, adətən, hansısa virusa, bakteriyaya yoluxmadan bir neçə gün sonra baş verir.

Fevralın 29-da «Lancet» onlayn jurnalında dərc olunmuş araşdırma «Zika»nın 2013-2014-cü illərdə Fransa Polineziyasında yayılmasını araşdırıb. Alimlər virusa hər 10 min yoluxmadan 2.4-də Giyena-Barre sindromunun da yaranması riskinin olduğunu hesablayıblar.

«Zika» ciddi doğuş qüsurlarına da bağlanır. Latın Amerikasında sürətlə yayılmaqdadır.

XS
SM
MD
LG