Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:51

-

Yevlax Rayon Məhkəməsində şair Mahir Mehdi barəsində 3 aylıq həbs qərarı verilib. Xəbəri «Report» yayıb.

M.Mehdi Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) və 315.1-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddələri ilə ittiham olunur.

M.Mehdi fevralın 24-də Yevlax Dəmiryol Stansiyasında saxlanılıb. İttiham aktına əsasən, o, stansiyada sərxoş vəziyyətdə polisə müqavimət göstərib.
Ancaq bu ittihama M.Mehdi və onun vəkilinin münasibəti bəlli deyil.

Şuşada doğulan və köçkün həyatı keçirən M.Mehdi bir müddət media qurumlarında fəaliyyət göstərib. «Azadlıq» qəzetinin mədəniyyət şöbəsinin əməkdaşı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG