Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:59

-

ABŞ Dövlət katibi John Kerry deyir ki, Birləşmiş Ştatlar və Rusiya Suriyada yalnız terrorçu kimi tanınmış qrupların bombalanmasını təmin etməkdən ötrü birgə mexanizm üzərində işləyir.

Kerry fevralın 29-da mətbuat konfransında deyib ki, rusiyalı həmkarı Sergei Lavrov-la danışıb, tərəflər razılaşıblar ki, 27 fevral atəşkəsinin pozulduğu halları araşdırsınlar.

“Nusra, yaxud Daesh-ə qarşı missiyaların ayrılmasını təmin edəcək mexanizm üzərində daha artıq işləyəcəyik,” Kerry deyib. Daesh İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının slenq adıdır, Nusra isə Al-Qaeda-nın Suriya qanadıdır.

ABŞ və Rusiyanın Suriyada razılaşdırdığı atəşkəs bu iki terrorçu qruplaşmaya aid deyil.
Kerry deyib ki, hər iki ölkənin təmsilçiləri atəşkəs pozuntularını bir-bir araşdıracaq, məhz bu iki qruplaşmadan birinin vurulub-vurulmadığını müəyyənləşdirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG