Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:20

-

2016-cı ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda 8 hərbi qulluqçu vəfat edib. Bunu Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute – CDSI) bildirir. Məlumat bu ilin əvvəlindən fevralın 29-na kimi olan dövrü əhatə edir.

Qurumun Müdafiə Nazirliyi və KİV üzərində apardığı monitorinqin nəticələrinə görə, vəfat edənlərin 4-ü döyüş, 4-ü isə qeyri döyüş şəraitində baş verən itkidir.

Silahlı Qüvvələrin 4 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa, bir hərbi qulluqçu avtomobil qəzasında, biri xəstəlikdən, daha bir nəfər isə bədbəxt hadisədən vəfat edib. Sonucu hərbiçi isə əsgər yoldaşının açdığı atəş nəticəsində həlak olub. Onlardan 5-i əsgər, ikisi müddətdən artıq xidmət keçən hərbi qulluqçu, 1 nəfərsə leytenant rütbəli zabit olub. Ölənlərin 7-si Müdafiə Nazirliyinin, 1-i isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olublar.

Ötən dövrdə bir hərbçi (MN) avtoqəza nəticəsində xəsarət alıb, bir nəfərsə (DTX) təlim zamanı qumbara partlaması nəticəsində yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG