Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:00

-

Bərdənin Əyricə kəndində körpü uçub. Körpünün uçmasına səbəb Tərtərçay çayında suyun artmasıdır.

Tərtərçay Hidroqovşağı İdarəsi hadisəyə səbəb kimi Ermənistan tərəfini göstərir. İdarədən bildirildiyinə görə, çaya işğal altında olan Sərsəng su anbarından normadan artıq su buraxılıb.

APA-nın xəbərinə görə, bu vəziyyət Tərtərçay çayında və Aran Qarabağ bölgəsində 20 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edən “Xan Arx” su kanalının lillə, çınqılla dolmasına səbəb olub. Hazırda sel sularının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür.

Çay suyunun qalxması Bərdənin Əyricə kəndi ərazisində yeni bərpa olunan körpüdəki tikinti işlərini də ləngidib.

Günün bütün mövzuları

XS
SM
MD
LG