Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:05

Miqrantların Balkan marşrutu bağlana bilər


Yunan polisi miqrantları geri oturtmağa çalışır, 29 fevral, 2016-cı il

Yunan polisi miqrantları geri oturtmağa çalışır, 29 fevral, 2016-cı il

-

Bu il miqrantların Balkan marşrutu bütünlükdə bağlana bilər. Bunu Makedoniya prezidenti Gjorge Ivanov Almaniyanın “Der Spiegel” qəzetinə müsahibəsində deyib.

Fevralın 29-da dərc olunmuş müsahibədə Ivanov deyib ki, Avstriya 37500 nəfərlik miqrant limitinə çatan kimi Makedoniyanın Yunanıstanla sərhədini bağlayacaq. Bununla da əslində, yüz minlərlə miqrantın Şimali Avropaya üz tutduğu Balkan marşrutu bağlanmış olacaq.

“Avstriya limitə çatınca bu olacaq”, deyən prezident bunun tezliklə baş verəcəyinə eyham vurub.

Elə müsahibə dərc olunan gün Makedoniya sərhədi keçməyə çalışan yüzlərlə miqranta qarşı gözyaşardıcı qazdan istifadə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG