Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:25

Son 20 ildə ilk dəfə kinoteatrda fillmə baxıblar


Qəzzada fələstinli oğlanlar

Qəzzada fələstinli oğlanlar

-

Qəzza Zolağında fələstinlilər siyasi münaqişələrlə dolu son 20 ildə ilk dəfə kinoteatrda filmə baxıblar. Ötən həftənin cümə axşamı günü Qızıl Xaç Cəmiyyətinin binasında filmə baxmağa təxminən 150 tamaşaçı toplanıb.

2013-cü ildə çəkilmiş, rejissoru İordaniya vətəndaşı fələstinli Nawras Abu Saleh olan "Böyük ölçülü palto" filmi Fələlstində dövlət qurmaq mübarizəsi mövzusundadır. Biletlər pulla, biri 2.50 ABŞ dollarına satılıb.

Bir qəzzalı tələbə Alaa Abu Qassem deyib ki, heç vaxt kinoteatrda filmə baxmayıb. Qəzzada kinoteatrlar dağılanda o, körpə olub. İlk kinoteatr təcrübəsi onun xoşuna gəlib: "Amma eşitmişdim, filmə baxa-baxa popkorn yeyərlər, bəs hanı popkorn?" Fələstinlilərdən bəziləri filmi telefonlarının kamerasına çəkiblər.

Qəzzada 1950-ci illərdə açılmış ilk kinoteatrlar 1987-ci ildə dağıdılıb.

Qızıl Xaç Cəmiyyəti daha hansı filmlərə baxmaq istədiklərini soruşanda onlar deyiblər ki, Misir və ABŞ filmlərinə baxmaq, ekranda Tom Cruise, Sylvester Stallone kimi ulduzları görmək istəyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG