Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:10

Keçmiş Polşa prezidenti və “Həmrəylik” hərəkatının lideri Lech Walesa Milli Yaddaş İnstitutunu məhkəməyə verməyə hazırlaşır.

Bunu Qdanskda jurnalistlərə onun özü deyib.

İnstitut bu yaxınlarda onun 1970-ci illərdə keçmiş kommunist rejimi təhlükəsizlik xidmətinin agenti olması barədə sənədlər açıqlayıb.

O məsələnin məhkəmə ilə qurtaracağını bildirib.

O məsələnin necə edilməsindən xəbərdar olduğunu, amma hələlik bunu sübut edə bilmədiyini deyib.

Walesa institutdan materiallar almaq fikrindədir.

İnstitut ötən ildən Polşa Kommunist Partiyasının baş katibi Wojciech Jaruzelskinin sənədlərini araşdırıb və onun 1940-1950-ci illərdə hərbi kəşviyyatla əməkdaşlıq etdiyini sübuta yetirib.

Jaruzelski 1981-1985-ci illərdə baş nazir, 1985-1990-cı illərdə isə dövlət başçısı olub.

1990-cı ildə onu demokratik yolla seçilən Lech Walesa əvəz edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG