Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:57

F.Mogherini E.Məmmədyarovla görüşüb

“Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü səmərəli addım olardı”.

Bunu Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Federika Mogherini xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

F.Mogherini qeyd edib ki, ÜTT-yə üzvlük daha dərin iqtisadi inteqrasiyaya gətirib çıxaran bir addımdır. “Bu, Azərbaycanda keçirilən iqtisadi islahatlara da öz töhfəsini vermiş olardı” - deyə AB nümayəndəsi vurğulayıb.

F.Mogherini E.Məmmədyarovla görüşdə Azərbaycanla AB arasında strateji tərəfdaşlıq sənədi üzərində müzakirələr apardıqlarını bildirib. O həmçinin, insan hüquq və azadlıqları məsələsinin diqqətdə olduğunu deyib:

“Uzunmüddətli rifahın, inkişafın əsası açıq cəmiyyət və azadlıqlardan keçir. Azərbaycanda hökumətlə vətəndaş cəmiyyəti arasında əlaqələr çox əhəmiyyətlidir” - deyə AB rəsmisi bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG