Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:27

“Şah İsmayıl” sərgisi hazırlanır


Şah İsmayıl
Şah İsmayıl

-

AMEA Milli Azərbaycan Tarixi Muzeyində "Şah İsmayıl - sərkərdə və hökmdar" sərgisi hazırlanır.

Muzeyin yaydığı xəbərə görə, Azərbaycan tarixinin önəmli simalarından olan sərkərdə və hökmdar I Şah İsmayılın dövlət quruculuğu və hərbi fəaliyyətinə həsr olunmuş sərgi birinci dəfədir qurulur.

Xəbərdə deyilir ki, sərginin konsepsiyası Ramiz Mehdiyevin 2014-cü ildə işıq üzü görən "Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti" kitabı əsasında tərtib olunur.

Konsepsiya üzərində iş zamanı Səfəvilər dövləti, eləcə də I Şah İsmayıla həsr olunmuş Azərbaycan, Türkiyə, İran, Rusiya, Avropa müəlliflərinin elmi əsərləri öyrənilib.

Muzeyin direktoru Nailə Vəlixanlının rəhbərliyi ilə hazırlanan sərginin kuratoru Səbuhi Əhmədovdur.

Sərgidə Səfəvilər dövlətinin birinci rübünə aid unikal eksponatlar toplanıb.

Muzeyin bərpa laboratoriyasında aparılan iş sayəsində XVI-XVII əsrlərdən dövrümüzə gəlib çatmış eksponatlar təmizlənib, konservasiya olunub və bərpa edilib.

Dünya muzeylərində qorunan və Səfəvi dövrünə aid eksponatların, 100-ə yaxın fotoşəklin də sərgilənəcəyi nəzərdə tutulur.

Beləliklə, sərgidə çoxu ilk dəfə nümayiş olunan 130-а yaxın eksponat tamaşaçılara təqdim ediləcək.

Eksponatlar yalnız vitrinlərdə deyil, "XVI əsr Azərbaycan cəngavəri" 6 tam ölçülü maneken, eləcə də "XVI əsr Azərbaycan döyüşçüsü" 4 tam ölçülü piyada maneken üzərində nümayiş olunacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG