Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:54

Makedoniya polisi fevralın 29-da Yunanıstandan bu ölkəyə keçmək istəyən yüzlərlə qaçqının qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib.

İnsident qaçqınlar dəmiryol xəttinin üstündəki dəmir qapını sındırarkən baş verib.

Reutersin məlumatına görə Makedoniya polisi qaçqınların qarşısını almaq üçün bir neçə gözyaşardıcı qaz atıb.

Məlumata görə, Yunanıstan-Makedoniya sərhədinə 8 mindən çox qaçqın yığışıb. Onların əksəriyyəti Suriya və İraqdandlr.

Buna səbəb Makedoniya hökumətinin sərhədi açması barədə yayılmış məlumat olub.

Sərhədə toplaşan qaçqınlar dəmir qapını sındırmaq üçün ağır dəmir dirək və digər alətlərə əl atıblar.

Gözyaşardıcı qazdan sonra basabas yaranıb və bir neçə qaçqın huşunu itirərək yıxılıb.

Balkan ölkələri sərhəd nəzarətini gücləndirdiyindən, ötən həftə ümumilikdə Yunanıstan təfə azı 22 min qaçqın yığışıb.

Onlar Balkan ölkələri vasitəsilə daha varlı Avropa Birliyi ölkələrinə keçməyə can atırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG