Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:22

-

«Bu gün üçün Gürcüstana əlavə 400-500 milyon kubmetr qaz lazımdır».

«Report»un xəbərinə görə, bunu qaz danışıqları üçün Azərbaycana gələn Gürcüstanın energetika naziri Kakha Kaladze jurnalistlərə deyib.

Gürcü nazir yaxın günlərdə hər şeyə tam aydınlıq gələcəyini bildirib: «Hələlik heç bir şey haqqında danışmaq istəmirəm. Azərbaycan tərəfi ilə danışıqlar aparırıq və əlavə qaz almağın yollarını axtarırıq».

Bu, Kakha Kaladze-nin bu ayda qaz danışıqları üçün Azərbaycana ikinci gəlişidir. Bundan əvvəl isə o, fevralın 4-də Bakıya gəlib SOCAR rəhbərliyi ilə danışıqlar aparmışdı.

SOCAR prezidenti Rövnəq Abdullayev isə bu gün jurnalistlər açıqlamasında Gürcüstana əlavə qaz satılması məsələsinin həll olunduğunu bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG