Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:14

-

«Enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz. Bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır».

APA xəbər verir ki, prezident İlham Əliyev bunu «Cənub Qaz Dəhlizi» layihəsinin Məşvərət Şurasının toplantısında deyib.

İlham Əliyev bildirib ki, enerji siyasəti bu gün dünyanın təhlükəsizliyində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur:

«Azərbaycan bütün öhdəliklərinə sadiqdir. Ölkəmiz hər zaman bazar iqtisadiyyatı prinsiplərini inkişaf etdirir. Enerji əməkdaşlığı Avropa Birliyi ilə əlaqələrdə mühüm rol oynayır. «Cənub Qaz Dəhlizi»nin icrası zamanı yubanmalara yol verilməməsi vacibdir. Maneələri dəf etmək üçün bütün hökumətlər səylərini birləşdirməlidir».

Bakıda «Cənub Qaz Dəhlizi» Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirilir.

«Cənub Qaz Dəhlizi» «Şahdəniz-2» çərçivəsində hasil edilən qazın 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəqlini nəzərdə tutur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG