Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:05

-

Trans-Anadolu qaz boru xəttinin (TANAP) inşasının 24 faizi artıq tamamlanıb.

Bu haqda AZƏRTAC-a TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.

Saltuk Düzyol deyib ki, 1335 kilometr uzunluğunda olacaq boru xəttinin ilk hissəsinin 320 kilometrində işlər yekunlaşıb. 600 kilometrlik xəttin isə torpaq işləri tamamlanıb.

S.Düzyol deyib ki, əvvəlcədən də nəzərdə tutulduğu kimi, 2018-ci ildə Azərbaycan qazı TANAP-la Türkiyəyə çatdırılacaq.

Azərbaycan qazının Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəqlini gerçəkləşdirəcək bu layihənin təməli 2015-ci il martın 17-də qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG