Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:52

-

Prezident İlham Əliyev fevralın 29-da ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hochstein-in başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xəbəri president.az saytı yayıb.

Dövlət başçısı «Cənub Qaz Dəhlizi» Məşvərət Şurasının Bakıda keçirilən ikinci iclasını bu layihənin icrası ilə bağlı məsələlər ətrafında birgə müzakirələr üçün uğurlu format adlandırıb.

Cənab Hochstein isə toplantıya dəvət olunmasından məmnunluğunu ifadə edib.
O, da layihənin icrası istiqamətində bu tədbirin əhəmiyyətini vurğulayıb.

Amos Hochstein-in Bakıda keçirilən «Cənub Qaz Dəhlizi» Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında iştirak edir.

«Cənub Qaz Dəhlizi» «Şahdəniz-2» çərçivəsində hasil edilən qazın 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəqlini nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG