Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:14
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive -Soyadsız pasportu olan bakılı

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

16:32 4.3.2016

Polislə əməkdaşlıq etmək istəyən azdır, çoxdur?

Polis orqanları ilə əməkdaşlığa şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-dən az və 24-dən çox olmayan Azərbaycan Respublikası vətəndaşları könüllülük əsasında cəlb edilə bilərlər.

Modern. az xəbər verir ki,bunlar Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənmiş "İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası" nda yer alıb.

15:45 4.3.2016

Türkiyədə yeni partlayış: 2 ölü, 35 yaralı

Türkiyənin cənub-şərqindəki Mardin əyalətində minalanmış maşının partladılması və raket hücumu nəticəsində azı 2 polis ölüb, 35 nəfərsə yaralanıb.

14:38 4.3.2016

Ən yüngül və güclü günəş batareyası

Massaçusets Texnologiya İnstitutunda dünyanın ən yüngül günəş batareyaları hazırlanıb. Batareyalar o qədər yüngüldür ki, onları sabun köpüyü də asanca saxlaya bilər.

1 kq çəkisi olan adi silisium lövhəsi təxminən 15 vatt enerji verir. 1 qram çəkili yeni günəş batareyası isə 6 vatt enerji yaradır.

14:02 4.3.2016

Deputat kazino açmağı təklif edir

Azərbaycanın regionlarında xarici ölkələrdən turistlər cəlb etmək üçün kazinoların yaradılması təklif olunur.

«Trend»in xəbərinə görə, bu təkliflə deputat Qüdrət Həsənquliyev Milli Məclisin martın 4-də keçirilən plenar iclasında çıxış edib.

Davamı

XS
SM
MD
LG