Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:27
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive -Soyadsız pasportu olan bakılı

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

21:17 4.3.2016

Bu günki AzadlıqLive-da:

Polislə əməkdaşlıq elə, pul qazan. Keçmiş polis zabiti Mahmud Hacıyev deyir:"Gərək fərman elə icra olunsun ki, polislə əməkdaşlıq edənə xəbərçi deməsinlər"

Gözlə
Embed

No media source currently available

0:00 0:01:40 0:00
Direct-ə keçid

Keşmiş millət vəkili Pənah Hüseyn isə fərmanın görünməyən tərəfini görməyə çağırır

Gözlə
Embed

No media source currently available

0:00 0:01:58 0:00
Direct-ə keçid

Keçən il martın 1-dən qərara verilmişdi ki, Bakıda küçə adları, elanlar, reklamlar Dilçilik İnstitutu ilə razılaşdırılacaq. 1 ildə nə dəyişdi?

Dilçilik İnstitutunun monitorinq Şöbəsinin müdiri Qulu Məhərrəmli deyir ki, 4 min obyekdən 3 mininin adı xarici dillərdədir

Gözlə

No media source currently available

0:00 0:01:33 0:00
Direct-ə keçid

19:03 4.3.2016

Aeroport yolunda ağır qəza

Aeroport yolunda baş verən qəzada “Toyota Prado”, “Chevrolet”, “Daevoo” markalı avtomobillər, 160 nömrəli sərnişin avtobusu və daha bir neçə mikroavtobus toqquşub. 10 adam xəsarət alıb

17:12 4.3.2016

Məhkəmə qərarı: Rusiya vətəndaşı soyadsız ola bilər

Moskva məhkəməsinin qərarı vətəndaşın soyadsız ola bilmə hüququnu tanıyıb. Lenta.ru xəbər verir ki, əslən Bakıdan olan bir nəfər notariusu məhkəməyə vermişdi. Səbəb soyadını göstərən sənədlər olmadığına görə notariusun ona miras şəhadətnaməsi verməkdən imtina etəsi idi. Məhkəmə qərarında isə deyilir ki, soyadın olmamağı şəhadətnamə verməməyə əsas ola bilməz.

Maraqlıdır ki, adı çəkilməyən həmin şəxs 1976-c ildə hərbi bilet, 2003-cü ildə Rusiya vətəndaşı pasportu, 2014-cü ildə xarici pasport alıb, onların heç birində soyad yoxdur.

16:42 4.3.2016

Salyanın icra başçısını çıxartdı

Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov tutduğu vəzifədən azad olunub. virtualaz.org xəbər verir ki, onu Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov əvəzləyib.

Salyanın yeni başçısı Hətəmov Sevindik Hacıağa oğlu 1963-cu il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis- mexanik fakultəsini bitirib.

Azərbaycan prezidentinin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı işləyirdi.

Salyan RİH-dən "Qafqazinfo"ya bildirilib ki, artıq yeni başçı Sevindik Hətəmov artıq kollektivə təqdim olunub.

Davamı

XS
SM
MD
LG