Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:15

Bakıda yeni qəsəbə salınacaq


İlham Əliyev Ağ Şəhər bulvarının tikintisi ilə tanış olur - 2015
İlham Əliyev Ağ Şəhər bulvarının tikintisi ilə tanış olur - 2015

-

«Bakı şəhərinin gələcək inkişafı konsepsiyasının əsasında sənaye müəssisələrinin mərhələli şəkildə mərkəzi hissədən çıxarılması durur». APA-nın xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov deyib.

Komitə sədri bildirib ki, sənaye müəssisələrindən azad olunacaq ərazilərdə iri iş mərkəzləri, idman obyektləri, mehmanxanalar və paklar inşa olunacaq.

Bundan başqa, Dənizkənarı bulvarın Bakı Buxtasının sahil xətti boyunca uzunluğunun 3.5 km-dən 25 km-ə qədər artırılması təklif olunur:

«Bu zaman dəniz şelfinin hesabına əldə olunan 50-200 metr enində sahil zolağında iri mehmanxanalar, biznes, ticarət, xidmət və əyləncə obyektləri yerləşdirmək nəzərdə tutulur. Yeni 8-10 zolaqlı magistral yolların, bu magistral üzərində Bakı Metropoliteninin yeni xəttinin çəkilməsi planlaşdırılır».

Komitə sədrinin deməsinə görə, orada Dövlət Bayraq Meydanı ilə yanaşı, neft muzeyi, akademiyası, müasir incəsənət muzeyi və milli tarix muzeyi də olacaq: «Mövcud yük limanının yerində su idmanı sarayı ilə yanaşı, avarçəkmə kanalı, Beynəlxalq sərgi mərkəzi, milli idman kompleksi və müxtəlif dərəcəli (olimpiya kəndi) otellər tikiləcək».

YENİ TÜRKAN QƏSƏBƏSİ SALINACAQ

Abbas Ələsgərov daha sonra deyib ki, «Böyük Bakının Regional İnkişaf Planı» layihəsinə uyğun olaraq paytaxtda Yeni Türkan qəsəbəsi yaradılacaq:
«Yeni Türkan qəsəbəsi üçün ayrılmış torpaq sahəsi şimaldan qədim Qala kəndi, şimal-şərqdən Türkan kəndi, qərbdən Hövsan qəsəbəsi və cənubdan Xəzər dənizi ilə əhatə olunur».

Komitə sədri deyib ki, layihələndirilmiş ərazi 35-40 min nəfər əhali üçün nəzərdə tutulur.

XS
SM
MD
LG