Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:48

-

Nazirlər Kabinetinin fevralın 23-də qəbul etdiyi, amma 4 gün sonra açıqladığı qərara görə, ölkədə elektrikpaylayıcı şəbəkəni yönəldən «Azərişıq» ASC-nin kapitalına 262 milyon 100 min manat əlavə olunub. Beləliklə, səhmdar cəmiyyətinin nizamnamə kapitalı 885 milyon 600 min manatı keçib.

BİR İNCƏ MƏQAM

Qərarda deyilməyən bir incə məqam diqqət çəkir. Məlumdur ki, dövlətə məxsus səhmdar cəmiyyətlərində kapital artımı, bir qayda olaraq, dövlət büdcəsindən sərmayə qoyuluşları hesabına baş verir. Başqa sözlə, tikintiyə və avadanlıq alınmasına yonəldilən pullar sonradan mühasibatlıqda tanınmaq üçün şirkətin kapitalına «otuzdurulur».

«Azərişıq» ASC paytaxtın elektrik təchizatına cavabdeh «Bakıelektrikşəbəkə» ASC-nin, eləcə də «Azərenerji» ASC-nin regional idarələrinin bazasında 2014-cü ildə yaradılıb.

Amma kapital həcminə görə bu qurum yenə «Azərenerji»dən geri qalır. Elektrik stansiyalarının idarə edilməsinə cavabdeh olan «Azərenerji»nin nizamnamə kapitalı 1 milyard 760.5 milyon manatdır və bu göstəriciyə görə hətta SOCAR-ı da geridə qoyur. Azərbaycan Dövlət Neft Şirkətinin açıqlanmış ən son maliyyə hesabatında göstərilir ki, şirkətin səhmdarlar qarşısında minimum öhdəliyi 1 milyard 496 milyon manatdır.

Azərbaycanda nizamnamə kapitalının həcminə görə ən iri müəssisə «Bakı Metropoliteni» QSC-dir. Onun kapitalı «Azərenerji»ni 10 milyon 400 min manat üstələyir.

ÖZƏL SAHİBKARLIĞIN ÜDM-DƏ 85 FAİZ PAYININ OLMASI İDDİA EDİLSƏ DƏ...

Nizamnamə kapitalının həcminə görə növbəti yerləri bu şirkətlər bölüşür:

«Azərbaycan Hava Yolları» QSC- 784 mln. 974 min 470 manat;

«Azərbaycan Dəmir Yolları» QSC -726 mln. 146 min 366 manat;

«Azərsu» ASC – 400 mln. manat;

«Aqrolizinq» ASC – 194 mln. 519 min 540 manat;

«Azərbaycan İnvestisiya Şirkəti» ASC – 160 mln. manat;

«Azəryolservis» ASC – 88 mln. 26 min 564 manat.

Ölkə ÜDM-sində özəl sahibkarlığın 85 faiz payının olması iddia edilsə də, Azərbaycanda kapital həcminə görə dövlət şirkətləriylə yarışacaq özəl şirkət yox dərəcəsindədir. İstisna hal kimi ilk yada düşən «Paşa Holding» Şirkətlər Qrupudur. Holdinqin korporativ saytında onun bir neçə şirkətinə məxsus toplam kapitalın 800 milyon manat olduğu deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG