Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:33

-

Yanvarın əvvəlindən Şimali Koreyada saxlanan ABŞ vətəndaşı dövlət televiziyasında göstərilib. O, Pxenyana qarşı “ağır cinayətlər” törətdiyini etiraf edib.

21 yaşlı tələbə Otto Warmbier fevralın 29-da deyib ki, “Yanggakdo Beynəlxalq Mehmanxanasında heyət üçün nəzərdə tutulmuş ərazidən siyasi şüarı götürməklə cinayət törədib”. Dediyinə görə, bunu bir kilsə üçün götürüb, ona əvəzində pul verəcəklərmiş.

Şimali Koreya vaxtaşırı ABŞ vətəndaşlarını saxlayır və əvəzində müəyyən güzəştlər əldə edir. ABŞ rəsmilərinin yüksək səviyyəli səfərləri də bu sıradadır. Keçmiş məhbuslar sonradan deyirlər ki, həmin etiraflara məcbur edilirlər.

Birləşmiş Ştatlar və Kanada vətəndaşlarına Şimali Koreyaya getməmək xəbərdarlığı edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG