Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:34

-

Leonardo DiCaprio Oscar mükafatına layiq görülüb. Aktyor bu mükafata beşinci dəfəydi namizəd olurdu.

Fevralın 28-də Los Ancelesdə 88-ci Akademiya mükafatlarının təqdimatı keçirilib.

Bostonda katolik keşişlərin cinsi təcavüz hallarını aşkarlayan jurnalistlər barədə “Spotlight” (Projektor) filmi ən yaxşı film nominasiyasında qalib gəlib.

41 yaşlı DiCaprio isə “The Revenant” (Diriliş) filmindəki roluna görə Oscara layiq görülüb. Filmin rejissoru Alejandro Gonzalez Inarritu da ali mükafata yiyələnib.

Ən yaxşı aktrisa nominasiyasında Brie Larson “Room” (Otaq) filmindəki roluna görə birinci olub.

Holokostdan bəhs edən “Son of Saul” (Saul-un oğlu) ən yaxşı xaricidilli film seçilib. Bu, Oscar alan ikinci macar filmidir.

Aktrisa Alicia Vikander “The Danish Girl” (Danimarkalı qız) filmində ən yaxşı ikinci dərəcəli rol, Mark Rylance isə “Bridge of Spies” (Casuslar Körpüsü) filmindəki ən yaxşı ikinci dərəcəli roluna görə mükafata layiq görülüblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG