Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:43

-

Tərtər özünümüdafiə batalyonunun sabiq komandiri, əvvəllər bu rayonunun icra başçısı işləmiş Sərdar Həmidov vəfat edib. Bu barədə Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər öz facebook səhifəsində yazıb:

“Onu döyüşlərdə aldığı yaralar və zindanlarda düçar olduğu xəstəliklər öldürdü,” deyə İsa Qəmbər qeyd edir.

Sərdar Həmidov bir gün əvvəl halı pisləşdiyindən saylı Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilmişdi.

O, Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir hissəsini itirmişdi. Uzun illərdir yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan və diabetdən əziyyət çəkirdi. Əbülfəz Elçibəyin hakimiyyəti dövrü icra başçısı işləyən Həmidov 10 ilə yaxın həbsxana həyatı yaşamışdı.

Sərdar Həmidov 2004-cü ildə Azərbaycan prezidentinin əfv fərmanı ilə azadlığa çıxmışdı. O, keçmiş Daxili İşlər naziri İsgəndər Həmidovun qardaşı idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG