Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:03

-

Əfqanıstanda fevralın 27-də azı 28 nəfərin ölümülə nəticələnmiş iki intiharçı hücumundan sonra Kabillə Talibanın sülh danışıqları sual altına düşüb.

Əfqanıstan prezidenti Ashraf Ghani deyib ki, hökumət dinc əfqanları öldürən istənilən silahlı qruplaşma ilə sülh danışıqları aparmayacaq və əfqan qüvvələr terrorçulara qarşı əməliyyatları gücləndirəcək.

Fevralın 27-də Kunar vilayətində intiharçı hücumunda azı 13, bir neçə saat sonra Kabildə Müdafiə Nazirliyi yaxınlığındakı hücumda azı 15 nəfər həlak olub.

Əfqanıstan, Pakistan, Birləşmiş Ştatlar və Çin təmsilçiləri martın birinci həftəsində Talibanla sülh danışıqlarının bərpasına çağırırlar. Hələlik talibanın iştirakı dəqiq bilinmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG