Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:52

-

Yüz il qabaq birinci transatlantik uçuşa 23 gün vaxt getdi. Bir azdan Mars planetinə uçmaq üçün də bizə təxminən o qədər vaxt lazım olacaq. Bundan ötrü lazer texnologiyasının təkmilləşdirilməsi lazımdır.

usatoday.com belə yazır. NASA alimi Philip Lubin-in sözlərinə görə, yanacaq əsaslı raket mühərrik sistemi foton əsaslı sistemlə əvəz edilərsə, kosmik səyahətlər zamanı sürət əhəmiyyətli dərəcədə arta bilər. Elmi izaha görə, Yerin orbitində lazerlərdən ayrılan işıq zərrəcikləri kosmik gəminin üzərindəki “böyük, əksedici yelkən”də əks olunaraq hərəkətverici qüvvə yaradacaq. Bu da, gəmini inanılmaz sürətlə lazım olan yerə çatdıracaq.

Amerikalı fizik Philip Lubin-in təklif etdiyi sistem raket mühərriklərdə kimyəvi reaksiyalara deyil, elektromaqnit raket sürətləndiricisinə əsaslanır. Yanacağa ehtiyac olmadığından raketin çəkisi xeyli yüngülləşəcək. Alimin izahına görə, “mövcud mühərrikin sürəti kimyəvi reaksiyaların sürəti ilə məhdudlaşırsa, elektromaqnit sürətləndiricisi yalnız işıq sürəti ilə məhdudlaşacaq”.

Lubin qeyd edir ki, onun mühərrikinə “çox güclü işıq mənbəyi” lazım olacaq. Alim təfərrüatları açıqlamadan bildirir ki, onun sistemində güclü keçiricilik qabiliyyətinə malik olan maqnit həlqələrdən istifadə ediləcək. Lubin-in hesablamalarına görə, 220 kiloqramlıq zond Mars planetinə 72 saata –üç günə çata bilər. Ancaq böyük, pilotlu gəminin ora çatmasına təxminən bir ay lazım olacaq. Ekspertlər hesab edirlər ki, hal-hazırda mövcud olan sistem insanı Marsa ancaq 5 aya çatdıra bilər. Lubin-in daha fantastik bir fikir də səsləndirir. O bildirir ki, “foton mühərrik” Günəş sistemindən kənara çıxmaq üçün də imkanlar açacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG