Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:12

-

Yallının qədim forması olan "Köçəri" ənənəvi Azərbaycan rəqsi 2017-ci ildə UNESO Mədəni irs siyahısına təqdim ediləcək.

Bu haqda Milli Elmlər Akademiyasının nümayəndəsi Atəş Əhmədli “Trend”ə məlumat verərkən deyib ki, hər bir ölkənin iki ildə bir dəfə UNESCO Mədəni irs siyahısına müraciət etmək haqqı var. Ötən il Azərbyacan bu imkandan istifadə edərək, İsmayıllının Lahıc kəndinin misgərlik sənətini İnsanlığın Mədəni irs siyahısına saldırıb.

Bugünədək UNESO Mədəni irs siyahısına Azərbaycandan səkkiz nümunə daxil edilib: Novruz bayramı, Azərbayan muğamı, Azərbaycan aşıq sənəti, Azərbaycan xalçası, Kələğayı örpəyi, tar musiqi aləti, Lahıcın misgərlik sənəti və Çövqan oyunu.

Köçəri rəqsi bizim eradan 10 min–8 min il əvvəl Qobustan qayalarında təsvir olunmuş Yallının bir növüdür. 11-ci əsrdə Mahmud Kaşğarinin yazdığı “Divani lüğəti türk” kitabında “köçəri” sözü var və bu söz “qoç”, həmçinin “köçmək” sözlərindən törəmə kimi göstərilir.

Hazırda da şənliklərdə ifa olunan Yallı rəqsinin əcdadı olan Köçəri o zamanlar yallı qaydasıyla, amma yalnız ocaq ətrafında ifa olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG