Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:06

Vəkil Elton Quliyev anılıb


Elton Quliyev
Elton Quliyev

-

Bu gün mərhum vəkil Elton Quliyevin anım mərasimi keçirilib. Yaxın dostları onun 60 illik yubileyinə toplaşıb.

Xəbəri Lent.az yayıb. Şair Ramiz Rövşən, politoloq Hikmət Hacızadə, vəkil Adil İsmayilov və başqaları E.Quliyevin Azərbaycan cəmiyyətində rolundan danışıblar.

Tədbirdən sonra vəkilin məzarı ziyarət edilib.

Elton Quliyev ötən ilin dekabrında xərçəng xəstəliyindən vəfat edib. O, 1956-cı il fevralın 29-da Ağdam şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakultətsini bitirib. Daxili İşlər Nazirliyində müstəntiq, Bakı Baş Polis İdarəsində itstintaq şöbəsinin rəisi olub. 1992-ci ildən vəkillik fəaliyyətinə başlayıb. Elton Quliyev keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, hüquqşünas İntiqam Əliyevin, NİDA-çıların və Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılovanın vəkili olub.

Elton Quliyev yaddaşlarda belə qaldı...
Gözlə

No media source currently available

0:00 0:05:57 0:00

XS
SM
MD
LG