Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:08

Bağdadda hökümət qüvvələrinə hücum olub


arxiv foto
arxiv foto

-

Bağdad yaxınlığında hökumət qüvvələri "İslam dövləti" adlı hərbi qruplaşmanın hücumu ilə üzləşib. Fevralın 28-də İD Əbu Qəribdə xüsusi xidmət orqanlarının yerləşdiyi bazaya intiharçıların olduğu və partlayıcı ilə yüklənmiş 3 yük maşını göndərib.

Partlayışın ardınca İD yaraqlıları silahlı hücuma keçib. Hökumət qüvvələrinin 8 hərbçisi ölüb, 22 yaralı var.

Bağdadın qərbindəki əməliyyatlara rəhbərlik edən general Saad Harbiya deyir ki, vəziyyət nəzarət altına alınıb və ərazidə qadağan saatı tətbiq edilib. Bağdad Beynəlxalq Aeroportunun 5 km-də yerləşən Əbu Qəribdə olan həbsxanada ABŞ-ın 2003-cü ildə İraqa müdaxiləsindən sonra həbs edilən məhbuslar saxlanır.

XS
SM
MD
LG