Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:37

Rusiyadakı partlayışda 36 nəfər ölüb


arxiv foto
arxiv foto

-

Rusiyada Komi vilayətində “Şimal” şaxtasında 3-cü dəfə partlayış olub, 6 adam ölüb, 5 nəfər xəsarət alıb. Ölənlər arasında 5 xilasedici də var.

İlkin ehtimallara görə, xilasedicilər şaxtada işlədikləri vaxt metan-hava qarışmasından partlayış olub. Bununla da “Şimal” şaxtasında ölənlərin sayı 10-a çatıb. İlk iki partlayış fevralın 25-də baş verib, 4 şaxtaçı həlak olub, 26 mədən işçisindən xəbər-ətər yoxdur. Komidə üçgünlük matəm elan edilib.

Rusiya fövqəladə hallar naziri Vladimir Puchkov deyir ki, itkin düşənlərin sağ qalmalarını güman etmirlər. Onun sözlərinə görə, Vorkuts şəhəri yaxınlığındakı mədəndə yüksək temperatur və oksigen çatışmazlığı vəziyyətində artıq kiminsə sağ qalma şansı yoxdur. Nazir əlavə edib ki, fevralın 25-də baş verən partlayışdan sonra mədəndə qalan 26 nəfərin heç biri ilə əlaqə saxlamaq mümkün olmayıb. İtikin düşənlərlə birgə şaxtada ölənlərin sayı 36-ya çatıb.

XS
SM
MD
LG