Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:49

Keçən il konqres dinləmələrinə və minlərlə bloq yazılarına səbəb olmuş, qlobal istiləşmə "boşluğu" adını almış ziddiyyət yenidən gündəmə gəlib. "Boşluq" qlobal istiləşmənin keçən 15 il ərzində yavaşımasını nəzərdə tutur.

İddia edilir ki, planet indi də isinməkdədir, amma daha əvvəlki qədər sürətlə deyil. Keçən ilin yayında Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) qlobal istiləşmənin 2000-ci illərdə yavaşımadığı barədə nəticə çıxarmasından sonra alimlərlə şübhə edənlər arasında mübahisə pik həddinə çatıb.

NOAA

NOAA

​Kanadanın Ətraf Mühit və İqlim Dəyişikliyi təşkilatından John Fyfe deyir ki, NOAA-nın gəldiyi nəticə əsaslı deyil və istiləşmənin yavaşıması ortadadır.

Bu mübahisənin son onlilliyin ən böyük iqlim mübahisəsi olduğu bildirilir. İqlim modellərində göstərir ki, 2000-ci illərin əvvəlləri üçün göstərilən temperaturlar əslində olduğundan daha yüksək olub. Alimlər bunun niyə belə olduğunu anlamağa çalışırlar. Mümkün izahlar arasında vulkan püskürmələri nəticəsində ətrafa yayıran hissəcikərin soyumasından tutmuş Sakit okeanda hər onillikdə baş verən təbii dəyişikliklərə qədər müxtəlif versiyalar var.

Alimlər regional miqyasda üzümüzə gələn onilliklərdə iqlim dəyişikliklərini daha dəqiq proqnozlaşdırmaq üçün modellər hazırlamağın yollarını axtarırlar. Bundan ötrü onlar əvvəlcə mövcud modellərin niyə qlobal istiləşmənin yavaşıdığını göstərmədiyini aydınlaşdırmalıdırlar.

NOAA-nın araşdırmasının əsas müəlifi Tom Karl və həmkarları son 15 ildə baş vermiş istiləşməni 1950 - 1998-ci illər arasında (48 il) olan uzunmüddətli temperatur trendləri ilə müqayisə ediblər. Ancaq alimlər Karlın 15 illik dövrlə 48 illik dövrü müqayisə etməsini müəyyən qədər məntiqsiz hesab sayıblar.

Onlar deyirlər ki, qlobal istiləşmə dayanmayıb. Alimlər 10 və 20 illik müddətlərdə qlobal temperaturlardakı dəyişiklikləri izah etməkdə daha maraqlıdırlar. Yer kürəsinin tarixi boyu iqlim sistemində təbii dəyişikliklərlə ayaqlaşan qlobal temperaturlar qalxıb və enib. Alimlər bunu yeni-yeni öyrənməyə başlayıblar.

Michael Mann

Michael Mann

Pennsilvaniya Dövlət Universitetindən Michael Mann deyir ki, bu fundamental elmi suallara cavab verməyin vacibliyini qeyd edərək bildirir ki, yavaşıma ar tıq bitib. Belə ki, rekord istilik 2014 və 2015-ci illərdə qeydə alınıb. "Beləliklə də biz emissiyalarımızı (karbon iki oksidi atmosferə buraxma) azaltmadığımız müddətcə planetin istiləşməsinin və onun zərərli təsirlərinin eyni sürətlə davam edəcəyini düşünmək üçün hər bir əsasımız var," deyə Mann vurğulayıb.

Buna da bax...

Günün bütün mövzuları

XS
SM
MD
LG