Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:45

Sabunçuda sakinlər köçürülür


arxiv foto
arxiv foto

-

Sabunçu rayonundakı Ramana, Zabrat, Balaxanı və Bakıxanov qəsəbələrində qəzalı vəziyyətdə olan 5 binanın sakinləri köçürülüb.

Həmin binaların yerində razılaşdırılmış layihələrə uyğun yeni binaların inşasına başlanılıb. APA-nın məlumatına görə, bu, abadlıq-quruculuq işləri pilot layihə çərçivəsində Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər” haqqında qərarına əsasən həyata keçirilir.

Həmin qərar ötən il oktyabrın 15-də alınıb. Ümumilikdə sabunçu rayonunda 35 yaşayış binasının qəzalı vəziyyətdə olmasına dair rəy verilib.

XS
SM
MD
LG