Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:17

Türk filmi Fransada dörd mükafat aldı


Deniz Ergüven
Deniz Ergüven

-

Parisdə keçirilən 41-ci "Cesars" Kino Mükafatı mərasimində türk rejissor Deniz Gamze Ergüven'in "Mustang" filmi dörd mükafat qazanıb.

Türkiyənin ucqar şimal əyalətlərinin birində yaşayan beş yeniyetmə bacının hekayətini danışan film Ən yaxşı debüt film, Ən orijinal ssenari, Ən orijinal musiqi və Ən yaxşı montaj nominasiyaları üzrə qalibdir. Bacılar mühafizəkar ənənələrdən yayınmağa çalışırlar.

Bu film həm də bu il Oscar kino mükafatına Xarici dildə ən yaxşı film kimi namizəddir.

"Mustang" ötən il Sarayevo Film Festivalında da qaliblər arasında idi. 37 yaşl rejissor Ergüven Türkiyədə doğulub, Fransada böyüyüb.

Philippe Faucon'nun "Fatimə" filmi isə "Cesars" mükafatı mərasimində "Ən yaxşı film" adını qazanıb.

XS
SM
MD
LG