Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:25

ABŞ iqtisadi islahatlara dəstəyə hazırdır


Robert Cekuta
Robert Cekuta

-

ABŞ Azərbaycanda aparılan iqtisadi islahatlara dəstək göstərməyə hazırdır.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta fevralın 27-də iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündə belə deyib.

Nazirliyin mətbuat xidməti bildirir ki, R.Cekuta Azərbaycanda həyata keçirilən islahatları izlədiklərini bildirib. O deyib ki, ABŞ-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük imkanlar var.

Səfir Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılmasının əhəmiyyətini qeyd edərək, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə bu qurumun fəaliyyətinin dəstəklənəcəyini bildirib.

Nazir Ş.Mustafayev isə iqtisadiyyatın bir çox sahələrində ABŞ-la əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib. Nazirin deməsinə görə, xüsusilə bura dərman vasitələrinin, suvarma avadanlıqlarının istehsalı, neft maşınqayırması və neft-kimya sahələrini ayırd etmək olar.

XS
SM
MD
LG