Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:32

AB: «İndi Azərbaycanla daha yaxınıq»


Federica Mogherini
Federica Mogherini

-

«Avropa Birliyi Azərbaycanla energetika, regional təhlükəsizlik, qanunun aliliyi və fundamental azadlıqlar sahəsində əməkdaşlıqda maraqlıdır».

Bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federica Mogherini «Trend»ə açıqlamasında bildirib.

F.Mogherini deyib ki, Avropa Birliyi Azərbaycanın ilk ticarət tərəfdaşıdır. Azərbaycanın ixracının təxminən yarısı AB-yə yönəlir.

«Birlik energetika, regional təhlükəsizlik, qanunun aliliyi və fundamental azadlıqlar sahəsində Azərbaycanla işləməkdə aydın şəkildə maraqlıdır. Biz geniş və hərtərəfli saziş imzalamaq niyyətindəyik. İnanıram ki, son bir neçə ay müzakirələrimizin dönüş nöqtəsində olduğundan xəbər verib. Bəzi çətinliklər qalmaqdadır. Ancaq iqtisadi və siyasi əməkdaşlığa doğru əl-ələ getməyimiz zəruri olduğundan, indi bir-birimizə daha da yaxınıq. Yeni tərəfdaşlığımızla bağlı aparılan ilkin məsləhətləşmələrin gedişatı müsbətdir. İnanıram ki, tezliklə AB-yə üzv dövlətlərlə danışıqların başlanması məsələsini müzakirə edə biləcəyik», - deyə F.Mogherini bildirib.

Avropa Birliyinin vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federica Mogherini fevralın 29-da Azərbaycana gələcək. Qonaq prezident İlham Əliyevlə və digər rəsmilərlə görüşəcək.

XS
SM
MD
LG