Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 21:00

-

2015-ci ildə Azərbaycanda qeydiyyata alınan spirtli içki aludəçilərinin - alkoqoliklərin sayı azalıb. Bu, son 5 ildə ilk dəfədir ki, baş verir.

Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda ümumilikdə 21 min 777 alkoqolik qeydə alınıb. 2015-ci ilin payına 619 nəfər düşüb. Əvvəlki ildə belələrinin sayı 881 nəfər olmuşdu. Xəbəri «Trend» yayıb.

Qeydə alınan alkoqoliklərin 4 min 582 nəfəri 60 yaşdan yuxarı şəxslərdir. 18-24 yaşlarında olanların sayı 343 nəfərdir.

Azərbaycanda alkoqoliklərin əksəriyyəti kişilərdir, qadın alkoqoliklərin sayı 859 nəfərdir.

Azərbaycanda alkoqoliklər yalnız könüllü müraciət etdikdə və məhkəmənin qərarı ilə məcburi müalicə təyin edildikdə, rəsmi qeydiyyata götürülür.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda il üzrə adambaşına düşən alkoqollu içkilər 1.75 litr təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG