Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:05

-

Siyasi Məhbusların Monitorinqi Mərkəzi siyasi məhbuslara dair öz siyahısını Əfv Komissiyasına təqdim edib.

Mərkəzin rəhbəri Elşən Həsənov «Turan»a bildirib ki, 2015-ci ilin sonlarında vətəndaş cəmiyyəti fəallarının tərtib etdiyi vahid siyahıya «Müsəlman Birliyi» Hərəkatının lideri Taleh Bağırzadə və Nardaran hadisələrinə görə həbs olunan daha 9 nəfərin adları daxil edilib. Onların siyasi məhbuslar siyahısına daxil edilməsi istintaqın şəffaf olmaması, işgəncələr və digər hüquqlarının pozulması ilə əlaqədardır.

E.Həsənov siyasi məhbusların sayının 107 nəfərə çatdığını bildirib.

Siyasi Məhbusların Monitorinqi Mərkəzi 2014-cü ildə Elşən Həsənovun rəhbərliyi ilə bir qrup keçmiş məhbus tərəfindən yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG