Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:28

-

Azərbaycan Premyer Liqası klublarının şübhəli oyunda iştirakına dair UEFA-dan AFFA-ya məlumat daxil olub. Bu barədə «Report»a AFFA-nın Hüquq və kadr məsələləri şöbəsinin müdiri Rəmiş Malıyev açıqlama verib.

Rəmiş Maliyevin deməsinə görə, məlumat builki oyunları əhatə edir. Lakin o, araşdırma getdiyi üçün söhbətin hansı oyundan getdiyini açıqlamayıb: «Söhbət klubların imicindən, təqsirsizlik prezumpsiyasından gedir. Ola bilər ki, məlumat doğru çıxmasın. Ona görə də konfidensiallığı qoruyuruq. Hazırda məsələ araşdırılır».

R.Malıyev şübhəli oyunların araşdırılması zamanı ortaya çıxan çətinliklərdən də danışıb: «Biz hüquq-mühafizə orqanı deyilik, qanunvericilikdə danışılmış oyunlarla bağlı cəzanı nəzərdə tutan maddə yoxdur. Azərbaycan «İdman-mərc oyunlarının manipulyasiyasına dair Avropa Şurası Konvensiyası»na qoşulub. Ümid edirəm ki, müvafiq qanun layihəsi Milli Məclisdə qəbul edildikdən sonra bu istiqamətdə ciddi irəliləyişə nail olacağıq».

Əgər araşdırmalarda iddialar təsdiqini taparsa, bu işlərə qarışan Azərbaycan klublarını ciddi cəzalar gözləyir. Beynəlxalq futbol klubları futbolda şikəyə- danışılmış oyunlara heç bir güzəşt tanımır.

Günün bütün mövzuları

XS
SM
MD
LG