Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:45

-

«Fitch Ratings» agentliyi Azərbaycanın kredit reytinqini BB+ səviyyəsinə endirib. Azərbaycanın əvvəlki reytinqi BBB- səviyyəsində qiymətləndirilirdi.

Bu haqda «Fitch»in press-relizində bildirilir.

«Fitch» reytinqin endirilməsini ölkə iqtisadiyyatın karbohidrogen ehtiyatları ilə bağlı olması, neftin qiymətinin ucuzlaşması və valyuta ehtiyatlarının azalması ilə izah edir.

Azərbaycanın yeni reytinq dərəcəsi - BB+ səviyyəsi «spekulyativ» və ya «zibil» səviyyə hesab olunur. Bu səviyyə sərmayə yatırımı üçün çəkindirici sayılır.

Yanvarın 29-da «Standard&Poor's» reytinq agentliyi də Azərbaycanın uzunmüddətli kredit reytinqini BBB- səviyyəsindən BB+ səviyyəsinə endirmişdi.

O zaman Maliyyə Nazirliyi «Standard&Poor's»in bir sıra qeyri-dəqiqliklərə yol verdiyini və bu qiymətləndirmənin nəticələri ilə razılaşmadığını bəyan etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG