Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:55

-

Dörd Balkan ölkəsi fevralın 26-da qəbul edəcəyi gündəlik miqrant limitini açıqlayıb.

Sloveniya, Xorvatiya, Serbiya və Makedoniya bildirib ki, onlar gündəlik miqrant limitini 580-ə qədər məhdudlaşdırıblar.

BMT-nin baş katibi Ban Ki Moon Balkan ölkələrinin bu addımından narahatdır, deyir ki, bu, beynəlxalq miqrant sazişinə ziddir.

Ban Ki Moon-un sözçüsü Stephane Dujarric deyib ki, baş katib Avropa ölkələrinin on minlərlə miqrant axını ilə üz-üzə qaldığından xəbərdardır. «Ancaq bu, haqq vermir ki, onlar öz sərhədlərini qaçqınların üzünə bağlasın», -Dujarric vurğulayıb.

Bu il 120 minə yaxın qaçqın artıq Avropaya çatıb. 2015-ci ildə Türkiyədən Egey dənizi vasitəsilə təhlükəli yolçuluğa çıxan minlərlə insan Avropaya üz tutub. Onların arasında yüzlərlə ölüm baş verib.

Hər gün çoxu Suriya və İraqdan olan 2 min adam Türkiyədən dəniz yolu ilə kiçik qayıqlarla Avropaya keçməyə can atır.

Günün bütün mövzuları

XS
SM
MD
LG