Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:33

Trump-in məsləhətçisi Rusiyaya tərəf çıxdı


General-leytenant Michael Flynn

General-leytenant Michael Flynn

-

Respublikaçıların namizədi Donald Trump-in xarici siyasət üzrə məsləhətçisi deyir ki, ABŞ qlobal məsələlərdə, o cümlədən özünü «İslam Dövləti» adlandıran yaraqlıları məhv etmək üçün Rusiya ilə yaxından işləməlidir.

2012-2014-cü illərdə Pentaqonun Kəşfiyyat İdarəsinin rəhbəri işləmiş Michael Flynn onu da bildirib ki, İŞİD-in yaradılmasına yol açan İraq müharibəsi səhv idi.

Flynn kimi Trump da ABŞ-ın 2003-cü ildə İraqa müdaxiləsini sərt tənqid edib.

Donald Trump da Rusiya ilə yaxından əlaqələrin tərəfdarıdır və Vladimir Putin-i yüksək hörmətə layiq biri kimi xarakterizə edib.

XS
SM
MD
LG