Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:00

Partiyalar üçün «ianə mənbəyi» cəzası


Foto arxiv
Foto arxiv

-

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə siyasi partiyalara cəza nəzərdə tutulur. APA xəbəri Milli Məclisə istinadən yayıb.

Bundan ötrü məcəllənin hazırda qüvvədə olan 247-4-cü maddəsi dəyişdirilir. Söhbət ianələr barədə məlumatın maliyyə hesabatına daxil edilməməsindən gedir.
Dəyişikliyə görə, siyasi partiya Mərkəzi Seçki Komissiyasına təqdim olunan maliyyə hesabatına qəbul edilən ianələrin məbləği və ianəni verən şəxslər haqda məlumatları daxil etməsə, cərimələnəcək.

Bu maddədə cərimələr vəzifəli şəxslər üçün 1500 manatdan 3000 manata, hüquqi şəxslər üçün isə 5000 manatdan 8000 manata qədərdir.

Layihənin Milli Məclisin martın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.

XS
SM
MD
LG