Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:54

AzTV İdarə Heyətinin səlahiyyətləri azaldılıb


TV qüllə
TV qüllə

-

İdarə Heyəti Nazirlər Kabinetinin razılığı olmadan idarə, filial və nümayəndəliklərin rəhbərlərini təyin və vəzifədən azad edə bilməyəcək. APA xəbər verir ki, prezident İlham Əliyev fevralın 27-də ««Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nın yaradılması haqqında» fərmanına dəyişikliklər edib.

İlkin halda İdarə Heyəti Cəmiyyətin təsis etdiyi hüquqi şəxslərin, filial və nümayəndəliklərin vəzifəli şəxslərini təyin və əmək haqlarını müəyyən etmək səlahiyyətində olub.

Dəyişikliyə görə isə, artıq İdarə Heyəti«Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin törəmə müəssisələri, idarə, filial və nümayəndəliklərinin rəhbərlərini təyin və vəzifədən azad etmək üçün Nazirlər Kabinetinin razılığını almalıdır.

Bu dəyişikliklə Nazirlər Kabinetinə «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin Nizamnaməsi və strukturunu təsdiq etmək səlahiyyəti verib. Habelə bura nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi səlahiyyətləri də aiddir.

«Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin Nizamnaməsinə əsasən, Cəmiyyətin yenidən təşkili, ləğvi, sədrin və müavinlərinin təyinatları səlahiyyətləri dövlət başçısına aid olub. Dəyişiklikdən sonra bu elə belə də qalır.

XS
SM
MD
LG