Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:27

-

Fevralın 27-də Moskva da daxil Rusiyanın bir çox şəhərlərində və bəzi xarici ölkələrdə bir il əvvəl qətlə yetirilən müxalif siyasətçi Boris Nemtsov-un xatirəsinə həsr olunmuş aksiya keçirilir.

Moskvada Nemtsov-un xatirəsinə yürüş keçirilir. Yerli hakimiyyətlə razılaşdırılan yürüş bu saatlarda başlayacaq. Yürüşün sonunda aksiya iştirakçıları Nemtsov-un öldürüldüyü yeri ziyarət edəcəklər.

Hakimiyyət aksiya iştirakçılarına oddan təhlükəli əşyalar götürməyi qadağan edib.

Aksiya təşkilatçıları bildiriblər ki, yürüş nümayiş kimi keçiriləcək, şüarlar, plakatlar qaldırılacaq. Ancaq polis şüarların mətnini gözdən keçirəcək.

Yürüşdə hazırda Rusiyada məhkəməsi keçirilən ukraynalı hərbi təyyarəçi Nadia Savchenko-ya dəstək verənlər üçün xüsusi cərgə ayrılıb. Aksiyada onun bacısının da iştirak edəcəyi gözlənilir.

Boris Nemtsov bir il əvvəl Kremlin yaxınlığında qətlə yetirilmişdi. O, ölkə prezidenti Vladimir Putin-in sərt tənqidçisi kimi tanınırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG