Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:56

«Dədə Qorqud» adlı yeni film çəkilir


«Dədə Qorqud» filmi
«Dədə Qorqud» filmi

-

«Dədə Qorqud haqqında ssenari ilkin variantda hazırdır. Biz hesab edirik ki, onun üzərində iş getməlidir».

APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, daha cəlbedici və maraqlı çəkilişin təmin olması üçün rejissor ssenarisi formalaşmalıdır:

«Bu, təbii prosesdir və təəccüblənmək lazım deyil. Hər bir dəyərli filmin ərsəyə gəlməsi üçün o, müəyyən mərhələlərdən keçməlidir. Mən düşünürəm ki, Dədə Qorqud haqqında elə film çəkməliyik ki, bütün dünyada Azərbaycan xalqının mənəviyyatı, kökü nümayiş olunsun».

1975-ci ildə xalq yazıçısı Anarın ssenari müəllifi, Tofiq Tağızadənin isə rejissor olduğu ikiseriyalı «Dədə Qorqud» filmi çəkilib.

XS
SM
MD
LG