Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:37

Qan Turalı: Dövlətin Mədəniyyət kanalı var, qapısı üzümüzə bağlıdır


Qan Turalı

Qan Turalı

-

"Kulis" mədəniyyət saytının redaktoru Qan Turalı video-çıxışlar etməyə başlayıb. YouTube portalına və sosial şəbəkələrə yüklədiyi bu videolarda o, müxtəlif mövzular haqqında danışır.

Qan Turalı OxuZalına deyib ki, bu videoların ortaya çıxmasının bir səbəbi də telekanalların yazarların üzünə qapalı olmasıdır.

Qan Turalı

Qan Turalı

- Video-çıxışlar çəkmək fikri elə-belə, göydən yarandı. Bir gün evdə tək idim... Bir neçə gün qabaq fəlsəfə seminarında bir çıxış etmişdim. O çıxışı eləcə özüm üçün videoya çəkdim. Sonra baxdım maraqlıdır. İnternetə yerləşdirdim. Maraqla qarşılandı. İlk video Qauss və Sabir idi.

- Bununla əsasən hansı umumi fikirləri geniş xalq kütlələrinə çatdırmaq istəyirsiz?

- Oxuduğum kitablardan maraqlı fikirləri çatdırmaq istəyirəm. Misal üçün, indi “Müasir beynin təkamülü” adlı kitab oxuyuram. Kitab İnternet dövründə insan beyninin necə təkamül etdiyi ilə bağlı tədqiqatlardan həbs edir. Oxuduğum və insanlara maraqlı olacağını düşündüyüm bilgiləri çatdırıram.

Ədəbiyyatla bağlı hələlik bir şey etməmişəm, yəqin ki gələcəkdə edərəm. Mən daha çox əyləncəli çıxışlar çəkmək istəyirəm. Həm də qısa. İki-üç dəfə izlənən videolar çəkmək istəyirəm. Nəinki yarımçıq bağlanan.


- Azərbaycanda köşə yazılarını oxuyanlar azdır. Başqa köşə yazarları da fikirlərini yaymaq üçün öz köşələrini belə danışsalar, daha effektli olar?

- Qətiyyən olmaz. Yazı başqa, İnternet başqa. Biz dastan danışan aşıq deyilik ki. Bəşəriyyət beş min ildir yazını kəşf edib.

Yaxşı yazı yerdə qalmır. Hər zaman oxucusunu tapır. Yazı ünsiyyətdir, daim olacaq. Əvvəl kağıza yazardılar, indi elektron mühitdə yazırlar.

Videoları yazının oxunmağına görə çəkmirəm. Video da oxucu ilə ünsiyyətdir. Təyyarə kəşf olunandan sonra da insanlar qatara mindi. Kino çıxdı, amma teatr yenə də var. Televiziya çıxdı, radio ölmədi. İnternetin kəşfi ilə televiziya da sağ qalan kimi. Yazı da, video da, müsahibə də, müxtəlif görüşlər, çıxışlar, mühazirələr də, bunlar hamısı ünsiyyətin ayrıca formalarıdır.

Sadəcə son dövrlərdə internet getdikcə aktuallaşır. Hamıda İnternet var. Tutaq ki, on il əvvəl çox az adam videolara baxacaq qədər yüksək sürətli internetə malik idi. İndi elə deyil. Ona görə də ünsiyyətin bu növündəın istifadə etmək lazımdır.

Telekanallar da üzümüzə qapalıdır. Qadağa qoymayayıblar, amma ədəbiyyat verilişləri demək olar ki, olmur. Bizi kənar sahələrlə bağlı danışmaq üçün dəvət edirlər. Dövlətin Mədəniyyət kanalı var. Faktiki olaraq qapısı bizə bağlıdır. Oxucu ilə görüş üçün multimedia imkanlarından istifadə etmək gərəkdir.

- Bu videoları çəkmək prosesi necə olur?

- Videoları özüm hazırlayıram. Sadəcə olaraq selfie rejiminə qoyub çəkirəm. Üstündə heç bir montaj işi aparmıram, birbaşa İnternetə qoyuram.

Amma dostlarım mənə kömək edəcəklər. Yaxın zamanlarda texniki keyfiyyəti artırmaq haqqında düşünürəm. Hər şənbə bir video qoyacağam. Çalışacam bu qrafik dəyişməz qalsın. Bu qrafik sabitləşəndən sonra videoları artırmaq olar. Videonu həm Youtube, həm də Facebook'a yükləyirəm.

Açığı, bu işə xobbi kimi baxıram. Pul qazanmadığın, özün üçün, öz mutluluğun üçün edəcəyin bir iş kimi.

Günün bütün mövzuları

XS
SM
MD
LG