Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:46

-

Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) sessiyasında Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin tərkibi barədə sərəncam imzalayıb. APA-nın xəbərinə görə, nümayəndə heyəti BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 89-cu sessiyasında iştirak edəcək.

Xarici işlər nazirinin müavini Xələf Xələfov nümayəndə heyətinin rəhbəri təyin olunub. Eyni zamanda heyətə daxili işlər, ədliyyə, təhsil, mədəniyyət və turizm nazirlərinin və baş prokurorun müavini daxil edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG